smartstaff


Smartskills


  Bank “BTB” ASC


2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir. Dəqiq müəyyən edilmiş məqsədə xidmət edən strategiyanın icrası, imkanlarımız və topladığımız təcrübənin səmərəli istifadəsi bizə bazarda kəskin rəqabət şəraitində potensialımızı tam gerçəkləşdirməyə imkan verir.

Expired

Kiçik və orta biznes kreditləri üzrə Aparıcı mütəxəssis:

Date added: 19.01.2018

Position: Kiçik və orta biznes kreditləri üzrə Aparıcı mütəxəssis

Category: Sales/Business Development

Work experience: 2+

Description:

 

İş barədə məlumat

  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirilmək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
  • Kiçik, orta, iri və korporativ kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları;
  • Satış bacarıqları;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  (azərbaycan dilində) 15 Fevral, 2018-ci iltarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə Aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.




www.srg.az


SRG