smartstaff


Smartskills


  METAK MMC


“METAK” MMC 1997-ci ildə, Ulu Öndərimiz, Heydər Əliyev Cənablarının ölkə iqtisadiyyatına verdiyi dəstək nəticəsində kiçik müəssisə olaraq təsis edilmiş və bugün, Prezidentimizin iqtisadiyyata bəslədiyi qayğıların səyəsindətəqdim etdiyi məhsullar və xidmətlər çərçivəsində ölkəmizin ən qabaqcıl müəssisələrindən birinə çevirilmişdir. Şirkətimiz hal-hazırda tikinti, obyektlərin su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsullarıalıcılara uğurla təqdim etməkdədir. “METAK” MMC, Rusiya və Ukrayna istehsalı olan polad boruların, profillərin, boru birləşmələrinin daxili bazara idxalı və satışı ilə uğurlu fəaliyyətə başlamış və bu uğurunu indi də davam etdirməkdədir.

Mühasib:

Date added: 10.01.2018

Position: Mühasib

Category: Accounting, Finance & Banking

Work experience: 3-5 il

Description:

 

-       Müqavilə, protokol və hesab fakturaların hazırlanıb müştərilərə təqdim edilməsi

-       Müştərilərlə Şirkətin maliyyə siyasətinə uyğun olaraq müəyyən edilmiş dövrlər üzrə üzləşmələrin                     aparılması və aktla təsdiqlənməsi

-       Müştərilərdən qəbul edilən ödənişlərin mühasibat uçotu hesabları üzrə düzgün qeyd edilməsi

-       EQF və EVHF göndərilməsi və qəbul edilməsi üzrə əməliyyatların aparılması

-       Tədarükçülərdən qəbul edilmiş ilkin sənədlərin qəbulu, yoxlanılması və müvafiq qovluqlara yığılması

-       Alınmış aktivlərin uçotu üzrə məsul şəxslərə ilkin  sənədlərin təqdim edilməsi və düzgün mühasibat uçotu          hesablarında qeyd edilməsi

-       Mal-materialın alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı olaraq  sənədləşmə və uçot                qeydlərinin vaxtında və dəqiq işlənilməsinin yoxlanılması

-       Ayın bağlanması proseduruna uyğun olaraq məsul olduğu hesablar üzrə açıqda qalan əməliyyatların ilkin          sənədlərinin tələb edilməsi və  uçot qeydlərinin aparılması

-       Mal-material ehtiyatlarının növbəli və ya növbədən kənar inventarizasiyasında iştirak,nəticələrin                       araşdırılması və aktla sənədləşdirilməsi

-       Şirkətin maliyyə siyasətinə uyğun olaraq aktivlərin amortizasya müddəti və metodunun tətbiq edilməsi

 

-       İş qrafiki: 5 günlük iş həftəsi 09:00-18:00

-       Nahar şirkət tərəfindən verilir

-       İqtisadiyyat sahəsində biliklər

-       Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə (vergi, əmək                              qanunvericiliyi və bununla əlaqədar nazirlər kabinetinin qərarları) dair biliklər

-       Mühasibat uçotu hesabları üzrə yazılışların (müxabirləşmə) aparılması üzrə biliklər

-       Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər

-       Əmək haqqınnın hesablanması və ödənilməsi üzrə biliklər

-       ERP programlarda işləmə bacarığı

-       İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il

-       Dil bilikləri: Azərbaycan, Rus

-       Məsuliyyətli, stressədavamlı

CV göndər: https://www.metak.az/resume.php?vid=105




www.srg.az


SRG